Bölgədə sərxoş sürücü zəncirvari qəza törədib

Bölgədə sərxoş sürücü zəncirvari qəza törədib Hadisə nəticəsində 3 maşın toqquşub
Hadisə
15 Oktyabr , 2015 00:37
Bölgədə sərxoş sürücü zəncirvari qəza törədib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı "VAZ 2107", "Opel" və "Lada 2109" markalı minik maşınları toqquşub.

Şahidlərin sözlərinə görə, qəzaya "Opel" markalı maşın səbəb olub. Avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü qəza zamanı xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. Hər üç avtomobilə ciddi ziyan dəyib.

Rayon polisi hadisə yerində araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi