BNA: Taksi fəaliyyəti üçün doqquz ayda 9 725 nəfərə fərqlənmə nişanı verilib

BNA: Taksi fəaliyyəti üçün doqquz ayda 9 725 nəfərə fərqlənmə nişanı verilib Martın 1-dən fərqlənmə nişanı almayan taksi sürücüləri cərimələnəcək
Hadisə
13 Fevral , 2017 19:07
BNA: Taksi fəaliyyəti üçün doqquz ayda 9 725 nəfərə fərqlənmə nişanı verilib

Bakı. 13 fevral. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) taksi sürücülərinə xəbərdarlıq edib. 

BNA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, "Fərqlənmə nişanı" almayan taksi sürücülərinə qarşı bu il martın 1-dən reydlər keçiriləcək. "Fərqlənmə nişanı" olmayan taksi sürücülərini Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları cərimələyəcək.

Ümumiyyətlə, indiyədək taksi sürücülərinə qarşı maarifləndirici reydlər təşkil edilir. Məhz buna görə də ötən ilin aprelindən bu ilin yanvarınadək 9 725 nəfər "Fərqlənmə nişanı" alıb.

Qeyd edək ki, fiziki və hüquqi şəxslər "Fərqlənmə nişanı" almaq üçün vergini istənilən bankda ödəyə bilər. Nişan BNA-nın tabeliyindəki "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin inzibati binasında təqdim olunur.

Son xəbərlər

Orphus sistemi