BNA paytaxt yollarında sıxlıqla bağlı məlumat yayıb

BNA paytaxt yollarında sıxlıqla bağlı məlumat yayıb Bakı. 3 iyul. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) təkrar elektirik kəsintisi ilə əlaqədar sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirləri davam etdirir.
Hadisə
3 İyul , 2018 20:50
BNA paytaxt yollarında sıxlıqla bağlı məlumat yayıb

Bakı. 3 iyul. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) təkrar elektirik kəsintisi ilə əlaqədar sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirləri davam etdirir.

BNA-dan "Report"a verilən məlumata görə, görülən təcili təxirəsalınmaz tədbirlər nəticəsində Qara Qarayev prospekti boyunca, xüsusən bu istiqamətdə olan metrostansiyaların ətrafındakı sərnişin sıxlığı nisbətən səngiyib və vəziyyət normllaşmaqdadır.

"Koroğlu nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə gedən avtobuslar normal faliyyə göstərir. 1 və 13 nömrəli marşrut xətti üzrə avtobusların intervalında müəyyən gecikmələr var. Bu da yollardakı sıxlıqla bağlıdır. Bununla yanaşı, Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində bir qədər sıxlıq var. Analoji vəziyyət şəhərin bir sıra mərkəzi küçələrində də müşahidə edilir. Bunun da avtobusların hərəkətinə mənfi təsirini azalatmaq üçün zəruri tədbirlər görülür, ehtiyac duyulan xətlər üzrə əlavə nəqliyyat vasitələri cəlb edilir. Metronun “20 yanvar” və “Nizami” stansiyaları ətrafında da müəyyən problemlər var idi. Artıq bu ərazilərdə də vəziyyətə tam nəzarət edilir. Burdan keçən xətlər üzrə daşıyıcılar və BNA əməkdaşları xüsusi rejimdə çalışırlar.

Bir daha müraciət edirik ki, belə olan halda insanlarımız maksimum dərəcədə ictimai nəqliyyatdan istifadə etsinlər, çünki hazırda hərəkətin təşkilində müəyyən çətinliklər var. Bunların da aradan qaldırılması üçün zəruri işlər görülür.

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, bəzi küçə və prospektlərdə svetoforların işləməməsini nəzərə alaraq hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə son dərəcə ehtiyatlı və diqqətli olsunlar", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi