Yuxarı

Biznesmen Azərbaycandan Rusiyaya külli miqdarda pul keçirməyə cəhd edib

Perm hava limanında Azərbaycan vətəndaşından 6,15 milyon rubl və 130 min ABŞ dolları müsadirə edilərək götürülüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Kamayanı bölgənin məhkəmə icraçıları Azərbaycan vətəndaşından dövlətin xeyrinə 6,15 milyon rubl və 130 min ABŞ dolları müsadirə edərək götürüb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Krasnokamskda yaşayan biznesmen Azərbaycandan gələrkən Perm hava limanında qaçaqmalçılıq yoluyla gömrükdən bəyannamədə göstərilməyən pulları keçirmək istəyib.

Amma gömrük işçilərinin sayıqlığı nəticəsində bu hal aşkara çıxıb və maliyyə vəsaiti müsadirə olunub. Həmin şəxsə isə qanunla sərhəddən keçirilməsinə icazə verilən 10 min dollar qaytarılıb.

Külli miqdarda pul vəsaitinin qaçaqmalçılığı üzrə cinayət işi açılıb. Amma istintaq zamanı "amnistiya" barədə qanuna əsasən iş dayandırılıb. Müsadirə olunmuş pullar dövlətin büdcəsinə köçürülüb. Bu qərardan narazı qalan adı açıqlanmayan azərbaycanlı məhkəməyə apellyasiya versə də, Perm vilayət məhkəməsi bu şikayəti təmin etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi