“Bizim Market”in sahibinə qarşı dələduzluq edən ana və oğlunun apellyasiya şikayəti təmin edilməyib

“Bizim Market”in sahibinə qarşı dələduzluq edən ana və oğlunun apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
17 Noyabr , 2017 09:43
“Bizim Market”in sahibinə qarşı dələduzluq edən ana və oğlunun apellyasiya şikayəti təmin edilməyib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayıti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, S.Quliyev və H.Quliyeva “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanov şikayət ərizəsində qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ötən il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev və onun anası barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il və H.Quliyeva 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi