Birlikdə yaşadığı qadını öldürən müəllimin məhkəməsi başlayır

Birlikdə yaşadığı qadını öldürən müəllimin məhkəməsi başlayır ​​​​​​​Bakıda birgə yaşadığı qadını öldürməkdə təqsirləndirilən Dönməz Cəmşidzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
2226
23 İyul , 2020 09:55
Birlikdə yaşadığı qadını öldürən müəllimin məhkəməsi başlayır

Bakıda birgə yaşadığı qadını öldürməkdə təqsirləndirilən Dönməz Cəmşidzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Telman Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın vaxtlarda keçiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

1991-ci il təvəllüdlü Cəmşidzadə Dönməz Qabil oğlu Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 30 ünvanında birlikdə yaşadığı Mahmudova Afərim Vidadi qızını gecə saatlarında öldürüb.

D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedərək bu barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat verib.

Hüquq-mühafizə orqanları əməkdaşları ilə birlikdə D.Cəmşidzadə hadisə baş verən ünvana gətirilib və evin yataq otağında qadının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Məlum olub ki, qohumluq əlaqələri olan Dönməz və Afərim bir müddətdir birlikdə yaşayıblar.

Belə ki, bir neçə ay əvvəl həyat yoldaşından ayrılan Afərim Gəncədən Bakıya köçüb və Dönməzlə Zabratda kirayə ev tutaraq qeyri-rəsmi nikah münasibətində yaşayıb. Kürdəmir rayonunda kimya müəllimi işləyən və həftədə 2 dəfə Bakıdan rayona dərs deməyə gedən Dönməz də ailəsini Gəncədə qoyaraq Bakıda yaşayırmış.

D.Cəmşidzadə ilkin ifadəsində bildirib ki, A.Mahmudova ondan tez-tez Gəncəyə gedərək həyat yoldaşından rəsmən boşanmasını tələb edirmiş. Gecə saatlarında aralarında baş verən münaqişə zamanı o, əsəblərinə hakim ola bilməyib və onu öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi