Rəis: "Birinci instansiya məhkəməsində baxılan işlərin 85 faizindən apellyasiya şikayəti verilmir"

Rəis: "Birinci instansiya məhkəməsində baxılan işlərin 85 faizindən apellyasiya şikayəti verilmir" Birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin əksəriyyətində məhkəmələrdə tərəflər razılaşır.
Hadisə
10 Dekabr , 2019 10:40
Rəis: Birinci instansiya məhkəməsində baxılan işlərin 85 faizindən apellyasiya şikayəti verilmir

"Birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin əksəriyyətində məhkəmələrdə tərəflər razılaşır".

"Report"un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, birinci instansiya məhkəməsində baxılan işlərin 85 faizindən apellyasiya şikayəti verilmir: "Qalan işlərdə isə apellyasiya şikayəti verilir. Birinci instansiya məhkəmələrdə baxılmış işlərin 3-4 faizindən isə kassasiya şikayəti verilir. Kassasiya məhkəmələrində isə həmin işlərlə bağlı qərarların 1 faizi ləğv edilir".

Son xəbərlər

Orphus sistemi