Bir sutkada yol qəzalarında 4 nəfər ölüb

Bir sutkada yol qəzalarında 4 nəfər ölüb Bakı. 27 sentyabr. REPORT.AZ/ Sentyabr ayının 26-dan 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
27 Sentyabr , 2018 09:12
Bir sutkada yol qəzalarında 4 nəfər ölüb
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ Sentyabr ayının 26-dan 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi