Bir qrup vətəndaşın etimadını qazanıb onların adına banklardan pul götürən şəxs tutulub

Bir qrup vətəndaşın etimadını qazanıb onların adına banklardan pul götürən şəxs tutulub Əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Əhədov tutulub
Hadisə
10 Avqust , 2015 13:46
Bir qrup vətəndaşın etimadını qazanıb onların adına banklardan pul götürən şəxs tutulub

Bakı. 10 avqust. REPORT.AZ/ Bir qrup vətəndaşın etimadını qazanıb onların adına banklardan pul götürən şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, keçən ilin avqust ayından dekabr ayınadək olan müddətdə Astara rayonunun Şahağacı kənd sakinləri Ceyhun Əhədov və Elşən Əliyev rayon sakinləri Rəziyyə İslamovanın, Tamara Abbasovanın, Həzrətqulu Əliyevin, Gülbəyim Əliyevanın, Xanımnisə Heydərovanın, Yasəmən Əkbərovanın, Sərfinaz Məmmədovanın, Ruhəngiz Əliyevanın, Tərifə Ərəbovanın, Aliyə Əliyevanın, İlahə İbrahimovanın, Minayə Səfərovanın, Rafiq Rəhimovun və Zəka Əliyevin etimadlarını qazanıb onların adına “Kapital bank”dan və “Respublika bank”dan ümumilikdə 29 200 manat və 26 600 ABŞ dolları götürüb.

Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Əhədov tutulub.

Son xəbərlər

Orphus sistemi