Xəstəxanada bir nəfəri öldürüb, birini yaralayan şəxs apellyasiya şikayəti verib

Xəstəxanada bir nəfəri öldürüb, birini yaralayan şəxs apellyasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası aprelin 15-nə təyin edilib
Hadisə
11 Aprel , 2016 16:41
Xəstəxanada bir nəfəri öldürüb, birini yaralayan şəxs apellyasiya şikayəti verib

Bakı. 11 aprel. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası aprelin 15-nə təyin edilib.

İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılıacaq.

Qeyd edək ki, hadisə 2015-ci ildə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı Ağciyər Xəstəlikləri Dispanserində qeydə baş verib. Dispanserdə müalicə olunan Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V.Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E.İsmayılov isə ağır xəsarət alıb. Hadisəni törədən Ə. İsmayılov tutulub.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə),120.2.9-cu (qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə),29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 29,120.2.9-cu (qəsdən adam öldürməyə cəhd, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

2015-ci il dekabr ayının 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.İsmayılov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi