Yuxarı

​Sumqayıtda maşın yol ayrıcına çırpılıb, bir nəfər ölüb

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır

Bakı. 9 iyul. REPORT.AZ/ Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, iyulun 8-i saat 13 radələrində Sumqayıt şəhəri Hacı Zeynəlabidin Tağıyev qəsəbəsində qəsəbə sakini Anar Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili yol ayrıcına vurub. 

A.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişinlərdən G.Səfərəliyeva hadisə yerində ölüb, digər sərnişin F.Səlimova isə  xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi