Bir neçə rayonda silsilə oğurluqlar edən şəxs saxlanılıb 

Bir neçə rayonda silsilə oğurluqlar edən şəxs saxlanılıb  Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində, Sumqayıtda və Xızıda baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a
Hadisə
24 Oktyabr , 2022 12:12
Bir neçə rayonda silsilə oğurluqlar edən şəxs saxlanılıb 

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Abşeron rayon sakin Elnur Nöhbalayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin Quba rayonu ərazisində mağazaya qapını sındırma yolu ilə daxil olaraq oradan 100 manat pul, eləcə də 1000 manat dəyərində ərzaq və qeyri ərzaq məhsulları oğurladığı müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs bundan başqa, Sumqayıt şəhərində və Xızı rayonunda da müxtəlif vaxtlarda obyektlərə daxil olaraq oradan oğurluq edib və zərərçəkmişlərə külli miqdarda ziyan vurub.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elnur Nöhbalayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi