Bir neçə cinayət əməlində təqsirləndirilən şəxslərə hökm oxunub

Bir neçə cinayət əməlində təqsirləndirilən şəxslərə hökm oxunub Əhməd Quliyevin sədrliyi ilə keçirilən proses başa çatıb
Hadisə
18 Aprel , 2016 16:01
Bir neçə cinayət əməlində təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, insan alverində və digər cinayət əməllərində təqsirləndirilən Elməddin Şahbazov, Elvin Rüstəmov, Pünhan Sayılov, Rüfət Əzizov, Xəyal Bədəlov, Elvin Həsənzadə və Elnur Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Şahbazov 16 il, E.Rüstəmov, P.Sayılov, R.Əzizov və E.Abbasov 14 il, X.Bədəlov və E.Həsənzadə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2014-cü il dekabr ayının 18-də Salyan rayonunun Xıdırlı kəndində qeydə alınıb. Rayon sakinləri X.Bədəlov, R. Əzizov və E.Rüstəmov həmyerliləri Elnur Qiyamovu və Tofiq Abbasovu bıçaqla öldürəcəkləri ilə hədələyiblər.

Həmin şəxslər E.Qiyamovdan 30 manat və üzərində olan qızıl əşyalarını, T.Abbasovdan isə 700 manat alıblar. Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Bədəlov, R.Əzizov və E.Rüstəmov tutulublar.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Salyan rayon sakinləri Namus Qiyamovdan və Tofiq Abbasovdan hədə-qorxu gələrək pul tələb etmiş qrupun digər üzvü - Neftçala rayon sakini P.Sayılov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi