Bir həftə əvvəl nişanlısını qətlə yetirən şəxs tutulub

Bir həftə əvvəl nişanlısını qətlə yetirən şəxs tutulub Araşdırmalar davam etdirilir
Hadisə
11 mart 2017 08:19
Bir həftə əvvəl nişanlısını qətlə yetirən şəxs tutulub

Bakı. 11 mart. REPORT.AZ/ Bakıda nişanlısını qətlə yetirən şəxs tutulub.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Binə qəsəbəsində Bakı şəhər sakini İlahə Ağayevanı qətlə yetirməkdə, bacısı Rəhiməyə isə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini Nəcəf Məcidov tutulub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi