Lənkəran. 3 sentyabr. REPORT.AZ/ Bir həftə əvvəl Lənkəran rayonunda avtomobilin vurduğu piyada bu gün xəstəxanada ölüb.
"Report"un Cənub bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi avqustun 28-də qeydə alınıb.
Belə ki, Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsi, 59 A ünvanında yaşayan 61 yaşlı Siyavuş Cəfər oğlu Nuriyev yolu keçmək istəyən zaman onu "Nissan" markalı avtomobil vurub. Sürücü yaralıya yardım göstərilməsi üçün onu öz maşını ilə xəstəxanaya çatdırıb. Qapalı kəllə-beyin travması diaqnozu qoyulan S.Nuriyev Reanimasiya şöbəsinə yerləşdirilib.