Bir ay əvvəl qəzada xəsarət alan Lənkəran sakini xəstəxanada qanaxmadan ölüb

Bir ay əvvəl qəzada xəsarət alan Lənkəran sakini xəstəxanada qanaxmadan ölüb Lənkəran. 7 dekabr. REPORT.AZ/ Bir ay əvvəl avtoqəza nəticəsində xəsarət alan Lənkəran sakini xəstəxanada ölüb.
Hadisə
7 Dekabr , 2017 09:15
Bir ay əvvəl qəzada xəsarət alan Lənkəran sakini xəstəxanada qanaxmadan ölüb

Lənkəran. 7 dekabr. REPORT.AZ/ Bir ay əvvəl avtoqəza nəticəsində xəsarət alan Lənkəran sakini xəstəxanada ölüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayon Türkəkəran kənd sakini, 41 yaşlı Əzizov Nadir Əyyub oğlu həkimlərin səyinə baxmayaraq, bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçinib. 

Belə ki, xəstə bir müddət Bakıda müalicə alsa da, noyabrın 22-də yenidən Lənkərana gətirilib. Müalicəsi burada davam etdirilib. 

Xəstəxanadan verilən məlumata görə, N.Əzizov mədə-bağırsaq qanaxmasından ölüb. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Xatırladaq ki, N.Əzizovun xəsarət aldığı avtoqəza bu il noyabrın 12-də Astara rayonunun Ərcivan qəsəbəsində yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb. Baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, daha 5 nəfər xəsarət almışdı.

Son xəbərlər

Orphus sistemi