Bir ay ərzində azad olunan ərazilərdə daha 512 mina aşkarlanıb

Bir ay ərzində azad olunan ərazilərdə daha 512 mina aşkarlanıb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
Hadisə
4 Oktyabr , 2021 14:35
Bir ay ərzində azad olunan ərazilərdə daha 512 mina aşkarlanıb
0 : 00
0 : 00

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, sentyabrın 1-dən oktyabrın 2-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 429, tank əleyhinə 83 mina və 533 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 962 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi