Binəqədidə yolu keçən kişini maşın vurdu

Binəqədidə yolu keçən kişini maşın vurdu Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 Noyabr , 2019 23:51
Binəqədidə yolu keçən kişini maşın vurdu

Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Abşeron rayonunun Digah qəsəbə sakini, Qasımov Füzuli Qasım oğlu yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ baldırın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdrıma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi