Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə "Azadlıq" metrostansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan nəqliyyat vasitələrindən biri (markası dəqiqləşdirilir) yol kənarında dayanmış, taksi fəaliyyəti ilə məşğul olan Mətləb Məmmədovun avtomobilinə çırpılıb. Hadisə nəticəsində taksi sürücü xəsarət alıb.
Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və ona bel nahiyəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov