Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Namazovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Report" xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fərid Əmirəliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il noyabrın 5-də Binəqədi rayon ərazisində baş verib.
Belə ki, Arif Kərəm oğlu Namazov idarə etdiyi "Mercedes Benz” markalı minik avtomobili ilə yolun kənarında dayanmış Abidin Bağırovu vurub öldürüb.
Məlumata görə, A.Namazov maşınla Binəqədi şosesindən Xırdalana gedərkən kənarda dayanmış kişini görməyib və maşınla onun üstündən keçib.
Hadisəni törədən sürücü saxlanılıb, avtomobil isə cərimə meydançasına aparılıb.