​Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi davam etdirilib: "Yanğın qəsdən törədilib"

​Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi davam etdirilib: "Yanğın qəsdən törədilib" Məhkəmə qeyri-müəyyən günə qədər təxirə salınıb
Hadisə
16 Avqust , 2016 13:31
​Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi davam etdirilib: Yanğın qəsdən törədilib

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən M.Mahmudov ifadə verib. O, qanunsuz əməl etmədiyini deyib: "İfadəmdə yalan ola bilməz. 500 nəfər Bakıda olan ofisdə, 200 nəfər isə Gəncədə olan ofisdə işlərdi. Yanğın olanda həmin binanın yanına getdim. Daha sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ofisə gəlib, məni idarəyə apardılar. İfadə verəndən sonra prokurorluğa aparıldım".

M.Mahmudov bildirib ki, binada baş verən yanğın bilərəkdən törədilib: "Orada məqsəd Avropa Oyunlarından öncə aranı qarşıdırmaq olub".

Məhkəmə Q.Novruzovun səhhətində ciddi problemlərin olması ilə əlaqədar onu təkrar tibbi ekspertizadan keçirilməsi barədə qərar çıxarıb.

Məhkəmə ekspertizanın rəyinin cavabına qədər qeyri-müəyyən günə qədər təxirə salınıb.

Xatırladaq ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi