Binəqədidə yanan binanı təmir edən briqada dəyişdirilib - FOTO

Binəqədidə yanan binanı təmir edən briqada dəyişdirilib - FOTO "Bir neçə mənzildə işlər başa çatmaq üzrədir"
Hadisə
28 İyul , 2015 15:46
Binəqədidə yanan binanı təmir edən briqada dəyişdirilib - FOTO

Bakı. 28 iyul. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanı təmir edən briqada dəyişdirilib. Bina sakinlərindən birinin "Report"a verdiyi xəbərə görə, binanın təmiri "Azəraqrartikinti" ASC-nin Bərdə rayon filialından alınaraq Sabirabad rayon filialına həvalə edilib.

Sakinin sözlərinə görə, binanın təmir işlərinə nəzarət edən "Azəraqrartikinti" ASC-nin Bərdə filialının idarə rəisi Emil Hacıyev özü işdən imtina edib: "Hazırda binada təmir və bərpa işləri davam edir. Yeni briqada 3 növbə ilə işləyir. Bizə verilən məlumata görə, heyətdə 250 nəfər var. İşlər kifayət qədər sürətlə gedir. Pəncərələr qoyulub. Artıq mənzillərdəki işlərin yarısı görülüb. Bir neçə mənzildə işlər başa çatmaq üzrədir".

O bildirib ki, sakinlərə yaxın müddətdə mənzillərinə köçürüləcəyi deyilib: "Sentyabr ayının 15-dək bina sakinlərinin evlərinə köçürüləcəyini deyiblər. Bu səbəbdən də təmir işləri sürətlənib".

Son xəbərlər

Orphus sistemi