Binəqədidə şüşəsi açıq avtomobildən 29 min manat və 10 min ABŞ dolları oğurlanıb

Binəqədidə şüşəsi açıq avtomobildən 29 min manat və 10 min ABŞ dolları oğurlanıb Polis faktla bağlı araşdırma aparılır
Hadisə
15 Fevral , 2017 17:19
Binəqədidə şüşəsi açıq avtomobildən 29 min manat və 10 min ABŞ dolları oğurlanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda avtomobildən oğurluq olub.

“Report”un xəbərinə görə, Binəqədi rayonu, C.Xəndan küçəsi 60 ünvanının qarşısında dayanacaqda 1968-ci il təvəllüdlü Bəxtiyar Mahmudova məxsus “Subaru” markalı avtomobildən külli məbləğdə pul oğurlanıb.

Belə ki, naməlum şəxs əlini açıq yan şüşədən salmaqla avtomobildə olan 29 min manat və 10 min ABŞ dolları oğurlayıb.

Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi