Binəqədidə şadlıq sarayının mühafizəçi otağından oğurluq edilib

Binəqədidə şadlıq sarayının mühafizəçi otağından oğurluq edilib Binəqədidə şadlıq sarayının mühafizəçi otağından oğurluq edilib.
Hadisə
22 Noyabr , 2019 15:24
Binəqədidə şadlıq sarayının mühafizəçi otağından oğurluq edilib

Binəqədidə şadlıq sarayının mühafizəçi otağından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsinə (PB) müraciət edən obyektin mühafizəçisi orada olan seyfdən 5000 ABŞ dolları və 2020 manatın naməlum şəraitdə oğurlandığını bildirib. 

Binəqədi RPİ-nin 7-ci PB və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Eldəniz Şükürov Hacıqabul rayonu ərazisində saxlanılıb və o, ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı 7-ci PB-də toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi