Yuxarı

Binəqədidə qonşusunu bıçaqlayan şəxsə hökm oxunub

​Binəqədidə qonşusunu bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Bünyatov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib. 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb və rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi