Binəqədidə qətl törədən şəxsin məhkəməsi başlayıb

Binəqədidə qətl törədən şəxsin məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası yanvarın 27-nə təyin edilib
Hadisə
19 Yanvar , 2016 12:25
Binəqədidə qətl törədən şəxsin məhkəməsi başlayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Manafovun cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov və Zaur Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib. Daha sonra Z.Manafov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi