Binəqədidə qətl törədən şəxs apellyasiya şikayəti verib

Binəqədidə qətl törədən şəxs apellyasiya şikayəti verib İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq
Hadisə
8 Oktyabr , 2016 09:40
Binəqədidə qətl törədən şəxs apellyasiya şikayəti verib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Manafov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 13-nə təyin edilib.

İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cinayət hadisəsi 2015-ci il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov və Z.Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib. Daha sonra Z.Manafov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Manafov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi