Binəqədidə qaçırılmış avtomobil qəzaya düşüb

Binəqədidə qaçırılmış avtomobil qəzaya düşüb Bakı. 26 fevral. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinə müraciət edən Çiçək qəsəbə sakini E.Cəbrayılov fevralın 24-də saat 19 radələrində qəsəbə ərazisindən “VAZ-21011” markalı avtomobilinin qaçırıldığını bildirib.
Hadisə
26 Fevral , 2019 11:50
Binəqədidə qaçırılmış avtomobil qəzaya düşüb

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinə müraciət edən Çiçək qəsəbə sakini E.Cəbrayılov fevralın 24-də saat 19 radələrində qəsəbə ərazisindən “VAZ-21011” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 20 radələrində Sulutəpə qəsəbəsinin ərazisində hasara vurulmuş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi