Binəqədidə mopedləri oğurlayan dəstə üzvləri tutulub

Binəqədidə mopedləri oğurlayan dəstə üzvləri tutulub Binəqədidə mopedləri oğurlayan dəstə üzvləri tutulub.
Hadisə
9 Fevral , 2023 12:07
Binəqədidə mopedləri oğurlayan dəstə üzvləri tutulub

Binəqədidə mopedləri oğurlayan dəstə üzvləri tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan dəstə üzvləri - əvvəllər məhkum olunmuş Vüsal Nağıyev, Elgün Abbasov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə başçısı Vüsal Nağıyev əvvəlcədən oğurluq məqsədilə qrup yaradaraq metronun "Azadlıq" stansiyasının yaxınlığında yerləşən iaşə obyektlərində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif şəxslərə pul müqabilində satıb. Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq mopedləri almaqda şübhəli bilinən Rəşad Nəsirov və Salman Abıyev də saxlanılıblar. Həmin şəxslərdən maddi sübut qismində oğurlanan mopedlər aşkar olunaraq götürülüb. Vüsal Nağıyev və digərlərinin törətdikləri oğurluq hadisələri videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Qrup üzvlərinin Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir.

Həmin şəxslər barəsində 5-ci Polis Bölməsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi