Binəqədidə karantin rejiminin pozulmasına qarşı reyd keçirilib

Binəqədidə karantin rejiminin pozulmasına qarşı reyd keçirilib Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin qaydalarına əməl edilib-edilməməsinə nəzarət etmək məqsədilə Binəqədi rayonunda reyd keçirilib.
Hadisə
1423
7 İyul , 2020 19:03
Binəqədidə karantin rejiminin pozulmasına qarşı reyd keçirilib

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Binəqədi rayonunda reydlər keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin əməkdaşları iştirak ediblər. 

Reydlər zamanı rayon ərazisindəki supermarketlərdə, avtotəmir müəssisələrində və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin vacibliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilib.

Polis əməkdaşları bu qaydaların təmin edilməsinə nəzarət etməyən obyektlərin vəzifəli şəxslərinə də xəbərdarlıq ediblər.

Həmçinin Dövlət Yol Polisinin əməkdaşları rayon ərazisindəki səyyar postda hərəkət iştirakçılarının müvafiq icazələrinin olub-olmamasını yoxlayıb.

İcazəsiz hərəkət edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb ediliblər.