Binəqədidə həmyaşıdını öldürən gəncin məhkəməsi başlayır

Binəqədidə həmyaşıdını öldürən gəncin məhkəməsi başlayır Bakıda qətl hadisəsi törətməkdə təqsirləndirilən Cavid Həmidlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
27 Dekabr , 2019 20:18
Binəqədidə həmyaşıdını öldürən gəncin məhkəməsi başlayır

Bakıda qətl hadisəsi törətməkdə təqsirləndirilən Cavid Həmidlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Binəqədi rayonu, Xırdalan şosesində yerləşən fərdi yaşayış evində baş verib.

1994-cü il təvəllüdlü Həmidli Cavid Yusif oğlu sözügedən ünvanda yerləşən evin həyətindəki digər mənzildə kirayədə yaşayan 1994-cü il təvəllüdlü Allahverdiyev Şəhriyar Vahid oğlunu döş qəfəsindən bıçaqlayaraq qətlə yetirib.

C.Həmidliyə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi