Binəqədidə gənc oğlanı avtomobil vurub

Binəqədidə gənc oğlanı avtomobil vurub Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 Oktyabr , 2021 04:56
Binəqədidə gənc oğlanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Tapdıq Nadir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi İlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol diz oynağının əzilməsi diaqnozu qoyulub.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi