Binəqədidə gənc oğlan bıçaqlanıb

Binəqədidə gənc oğlan bıçaqlanıb Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir
Hadisə
23 Mart , 2018 06:00
Binəqədidə gənc oğlan bıçaqlanıb

Bakı. 23 mart. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

"Report" xəbər verir ki, hadisə ötən gün səhər saatlarında Binəqədi qəsəbəsində olub.

1994-cü il təvəllüdlü Səmrah Ədalət oğlu Süleymanov naməlum şəxslə mübahisə edib. Mübahisə nəticəsində o bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi