Binəqədidə əmisi oğlunun ölümünə səbəb olan sürücüyə hökm oxunub

Binəqədidə əmisi oğlunun ölümünə səbəb olan sürücüyə hökm oxunub Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
15 Noyabr , 2018 17:24
Binəqədidə əmisi oğlunun ölümünə səbəb olan sürücüyə hökm oxunub

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əlövsəd Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mayın 8-də paytaxtın Binəqədi qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini B.Rəsulov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sürücünün sərnişini, əmisi oğlu, Abşeron rayon sakini Firuddin Rəsulov ağır xəsarət alıb. Daha sonra yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Son xəbərlər

Orphus sistemi