​Binəqədidə çoxmənzilli yaşayış binasının zirzəmisini su basıb

​Binəqədidə çoxmənzilli yaşayış binasının zirzəmisini su basıb Nəticədə həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxmaq iqtidarında olmayıb
Hadisə
11 Aprel , 2015 10:19
​Binəqədidə çoxmənzilli yaşayış binasının zirzəmisini su basıb

Bakı. 11 aprel. REPORT.AZ/ Bakının Binəqədi rayonunda magistral su kəmərinin partlaması nəticəsində çoxmənzilli yaşayış binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolub.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxmaq iqtidarında olmayıb. Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər zirzəminin qapısını açaraq vətəndaşı xilas ediblər. Əməliyyat saat 07:04-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi