Binəqədidə baş verən yol qəzasında nənə və nəvəsi xəsarət alıb

Binəqədidə baş verən yol qəzasında nənə və nəvəsi xəsarət alıb Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 May , 2021 01:35
Binəqədidə baş verən yol qəzasında nənə və nəvəsi xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Həsənov İsgəndər Asif oğlu, 1968-ci il təvəllüdlü Bədəlova Cəmilə Osman qızı və onun nəvəsi 2011-ci il təvəllüdlü Rzazadə Bayram Ruslan oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

C.Bədəlovaya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, B.Rzazadəyə sağ budun çıxığı, sol baldırın əzilmiş yarası, İ.Həsənova isə sağ dizin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdrıma aparılır.

Son xəbərlər

Orphus sistemi