Binəqədidə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Binəqədidə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb Onun barəsində cinayət işi başlanılıb araşdırma aparılır
Hadisə
21 Noyabr , 2014 12:21
Binəqədidə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 9-na keçən gecə, Binəqədi şosesi döngə 2 ünvanında dayanan, Rüstəm Həşimova məxsus “Dodge” markalı avtomobildən, şüşəni sındırmaqla ehtiyat açar dəsti, noyabrın 11-də Binəqədi şosesi döngə 2 ünvanında dayanan, İsgəndər Nəsibova məxsus “Mercedes” markalı avtomobildən, açıq qapıdan keçməklə monitor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Qasım Əliyev tutulub. Araşdırma zamanı Q.Əliyev bu ilin oktyabrın 22-də Biləcəri qəsəbəsində yaşayan İlahə Cəfərliyə məxsus “Kia” markalı avtomobilə də maddi ziyan vurduğunu etiraf edib.

Faktla bağlı Q.Əliyev barəsində cinayət işi başlanılıb araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi