Binəqədidə avtomobilin vurduğu 24 yaşlı gəncin ayağı sınıb

Binəqədidə avtomobilin vurduğu 24 yaşlı gəncin ayağı sınıb Bakı-Sumqayıt yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Fevral , 2020 05:28
Binəqədidə avtomobilin vurduğu 24 yaşlı gəncin ayağı sınıb

Bakı-Sumqayıt yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yaxınlığında qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1996-ci il təvəllüdlü Şirəliyev Simran Vasif oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi