Binəqədidə 9 evdən oğurluq edən şəxs saxlanılıb

Binəqədidə 9 evdən oğurluq edən şəxs saxlanılıb Binəqədi qəsəbəsində 9 evdən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
24 Sentyabr , 2019 11:47
Binəqədidə 9 evdən oğurluq edən şəxs saxlanılıb

Binəqədi qəsəbəsində 9 evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayev saxlanılıb. 

Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib. 

Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polis tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Binəqədi RPİ və ya 43-cü Polis Bölməsinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi