Binəqədi rayon 28 may qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
"Report" xəbər verir ki, 1964-cü təvəllüdlü Dəmirçiyeva Gülzadə yolu keçərkən maşın vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sağ çanaq oynağında əzilmələr və sağ ayağının sınması diaqnozu qoyulub.