Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Abbasquliyev Rafiq naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.