Binəqədi və Nəsimi rayonlarında yanğın olub

Binəqədi və Nəsimi rayonlarında yanğın olub Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
25 Aprel , 2015 16:55
Binəqədi və Nəsimi rayonlarında yanğın olub

Bakı. 25 aprel. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. 

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan əlavə, Nəsimi rayonunda ümumi sahəsi 7000 kv.m tikilməkdə olan binanın zirzəmisində 384 kv.m olan anbarın içərisində və ətrafında müxtəlif növ tikinti materialları 750 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi