Yuxarı

Binəqədi rayonunda avtomobil qəzaya düşərək aşıb - FOTO

Sürücü hadisə yerini tərk edib

Bakı. 31 mart. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, Bakı Beynalxalq Avtovağzalının yaxınlığında Xırdalandan şəhər istiqamətində hərəkətdə olan "Daewoo" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil beton yolayrıcına çırpılıb. Daha sonra isə çevrilən maşında yanğın baş verib. Hadisə yerinə polislərlə yanaşı təcili tibbi yardım və yanğından mühafizə xidmətinin əməkldaşları da gəliblər. Yanğının qarşısı alınandan sonra sürücü və sərnişin avtomobildən çıxarılıb. Bundan sonra qəzanı törədən sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi