Binəqədi rayonunda köməksiz qalan şəxs xilas edilib

Binəqədi rayonunda köməksiz qalan şəxs xilas edilib Xilasedicilər yatmış vəziyyətdə aşkarlanan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər
Hadisə
4 fevral 2015 17:32
Binəqədi rayonunda köməksiz qalan şəxs xilas edilib

Bakı. 4 fevral. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Mənzilin giriş qapısını açaraq içəri daxil olan xilasedicilər yatmış vəziyyətdə aşkarlanan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:00-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi