Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonuna qeydə alınıb.
Avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Axundova Tamara Məmmədhüseyn qızını vurub. Yaralı təcili yardım köməyi ilə xəstəxanaya çatdırılıb. Ona oturaq sümüyün sınığı diaqnozu qoyulub.
Fakla bağlı araşdırma aparılır.
Ramin Şahbazov