Bakıda bıçaqlanma hadisəsi olub.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Xəlilov Elgün Məhəbbət oğlu mübahisə etdiyi şəxslər tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, yaralı boynundan bıçaqlanıb və əməliyyat edilib.