Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, Biləcəri qəsəbəsi Xurşudbanu Natavan küçəsi ilə hərəkət edən "Mercedes" markalı minik avtomobili qarşı zolağa çıxaraq, öncə "Toyota Prado"ya dəyib, sonra isə yolun kənarında dayanmış "AzSamand" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində ölən və yaralanan olmayıb. Yolda təxminən 1 saat ərzində tıxac yaranıb.


