Yuxarı

Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri istintaqa cəlb olunub

O, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın hadisəsi ilə bağlı dindirilib

Bakı. 21 may. REPORT.AZ/ Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov istintaqa cəlb edilib. “Report”un xəbərinə görə, Ə.Rəcəbov rayon ərazisində Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın hadisəsi ilə bağlı dindirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən “Report”a fakt təsdiqlənib. 

“Lakin Ədalət Rəcəbovun həbs edilməsi ilə bağlı məlumatlar düzgün deyil”, - RİH-dən bildirilib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi