Yuxarı

Binəqədi Rayon İcra Hakimiyyəti: "Küçələrə 20 ton duz səpilib"

İlk növbədə mərkəzi küçə və prospektlər qardan təmizlənib

Bakı. 26 yanvar. REPORT.AZ/ Binəqədi rayonunda küçə və prospektlərin qardan təmizlənməsi üçün 20 ton duz səpilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, rayonun əvvəlcədən müəyyənləşdirilən enişli-yoxuşlu yollarına Mənzil Kommunal Təsərrüfatı Birliyinin Nəqliyyat Sahəsinin xüsusi təyinatlı texnikalarının vasitəsilə duz səpilib.

İcra Hakimiyyətindən bildirilib ki, ilk növbədə "Azadlıq" prospekti, S.S.Axundov küçəsi, “Azadlıq” metrosunun ətrafı, Davudoğlu küçəsi, “Nəsimi” metrosunun ətrafı, Z.Əliyeva adına parkın qarşısı, M.Cəlal küçəsi, A.Məmmədov (H.Seyidzadə), C.Xəndan küçəsi, Atatürk prospekti, Ə.Rəcəbli küçələri boyunca ümumilikdə 20 ton duz səpilərək yollarda maşınların təhlükəsiz hərəkəti təmin edilib. 

Məlumata görə, Mənzil Kommunal İstismar Sahələri öz ərazilərində piyadaların təhlükəsiz hərəkət etmələri üçün səkilərin təmizlənməsinə başlayıb. Dalandarlar isə öz işlərinə yaşayış binalarının girişindən qarşısının təmizlənməsindən başlayıblar. Ümumiyyətlə, bu işlərdə 225 MKİS işçisi, nəqliyyat sahəsində isə 40 fəhlə, 20 maşın mexanizmləri fəaliyyət göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi