Yuxarı

​Binəqədi rayonunda köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib

Hadisə yerlərinə xilasedicilər cəlb edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Binəqədi rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Digər hadisə də, Binəqədi rayonu ərazisində qeydə alınıb. Nazirliyə daxil olmuş məlumata əsasən, 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi